"Sabah"ın forvardı yubiley qolunu "Neftçi"nin qapısından keçirdi
"Sabah" Azərbaycan Premyer Liqasının 3-cü turunda "Neftçi"ni məğlub edib (2:0).
Mediasport.az xəbər verir ki, Masazır təmsilçisinin hücumçusu Coy-Lens Mikels həmin matçda fərqlənməklə Azərbaycan çempionatlarında yubiley qolunu vurub (30).
"Bayquşlar"ın ölkə çempionatında ən yaxşı bombardiri olan Mikels 30-cu qolunu 64-cü matçında vurub.
Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşür.
Almaniyalı forvardın Premyer Liqadakı ilk qolu 2021/22 mövsümündə gerçəkləşib. O, 2021-ci il oktyabrın 31-də "Qəbələ" ilə səfər matçında (3:1) fərqlənib.