"Ərazi üstünlüyü və çoxlu qol epizoduna görə 3 xal vermirlər"

"Ərazi üstünlüyü və çoxlu qol epizoduna görə 3 xal vermirlər"

"Ərazi üstünlüyü bizim tərəfimizdə idi. Çoxlu qol fürsətləri yaratdıq. Yenə də standart vəziyyətdən qol buraxdıq"

Mediasport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis Premyer Liqanın 9-cu turunun "Araz-Naxçıvan"la görüşü barədə fikirlərini bölüşüb:

- Amma futbolçularıma əhsən düşür, ruhdan düşmədilər, sona qədər mübarizə apardılar və hesabı bərabərləşdirdilər. Lakin ərazi üstünlüyünə və qol epizodlarının çoxluğuna görə 3 xal vermirlər. Ümid edirəm ki, milli komandalara görə yanaracaq fasilə bizim xeyrimizə işləyəcək. Nəzərə alaq ki, komandanın yarısı bizimlə olmayacaq. Bir-birimizlə anlaşmanı da artırmalıyıq".

Musayev daha çox xal toplamalı olduqlarını bildirib: "Qələbə qazanmaq lazımdır. Bəlkə də bəzən pis oynayaraq üç xal qazanmaq da olar. Ən vacibi qələbələr qazanmağa başlamaqdır".

Qeyd edək ki, Premyer Liqada 7 turdur qələbə qazana bilməyən Masazır təmsilçisi evdə "Araz-Naxçıvan"la bərabərə qalıb - 1:1.