"Qarabağ"da fransalı futbolçu ilə bağlı yekun qərar qəbul edildi

"Qarabağ"da fransalı futbolçu ilə bağlı yekun qərar qəbul edildi

"Qarabağ" təcrübəli futbolçusu Abdulla Zubirlə yeni müqavilə üçün razılıq əldə edib.

Bu barədə klubdan Mediasport.az saytına məlumat verilib.

Qeyd edilib ki, hazırda Bakıda olan yarımmüdafiəçi ilə anlaşma əldə olunub.

Yeni əməkdaşlığın detalları qarşıdakı günlərdə açıqlanacaq.

Xatırladaq ki, Zubir 2018-ci ilin yayından "Qarabağ"da çıxış edir.

Mərakeş əsilli fransalı vinger ağdamlılarla 5 dəfə Premyer Liqanın, 2 dəfə ölkə kubokunun qızıl medallarına yiyələnib.