"Neftçi"də oynamış Məmmədzadə RƏSMƏN İspaniya klubunda

"Neftçi"də oynamış Məmmədzadə RƏSMƏN İspaniya klubunda

Bir neçə gündür İspaniyanın 5-ci liqa klubu "Moralo"nun düşərgəsində olan Nazim Məmmədzadə karyerasını Pireney yarımadasında davam etdirəcək.

MediaSport.az xəbər verir ki, klub Nazimin keçidini rəsmən elan edib.

Sənəd məsələsini qaydasına salan Məmmədzadənin transferi barədə klubun açıqlamasıında deyilir:

- Şimali Makedoniyanın “Renova” klubundan azərbaycanlı futbolçu Nazim Məmmədzadə gəlir. O, həm mərkəz müdafiəçisi, həm də mərkəz yarımmüdafiəçisi mövqeyində oynayan bilən çox güclü futbolçudur. Komandamızın bir parçası ol. Xoş gəldin, Nazim!".

Yarımmüdafiəçi vaxtilə "Neftçi-2"də oynayıb.