Aerobika üzrə qrup komandamız Bəhreyndə gümüş medal qazandı

  Aerobika üzrə qrup komandamız Bəhreyndə gümüş medal qazandı

Bəhreyndə keçirilən Gimnaziadada iştirak edən Azərbaycan gimnastları gümüş medal qazanıblar.

Mediasport.az xəbər verir ki, aerobika gimnastikası üzrə yarışan qrup komandamız (Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskaya) ikinci olub.

Dünən fərdi proqramda çıxış edən Məryəm Topçubaşova "bürünc"ə sahib çıxmışdı.