"Neftçi"dən ayrılan futbolçu Braziliya klubu ilə müqavilə bağladı - RƏSMİ

"Neftçi"dən ayrılan futbolçu Braziliya klubu ilə müqavilə bağladı - RƏSMİ

“Neftçi”dən ayrılan braziliyalı Gilyerme Patonun yeni klubu müəyyənləşib.

mediasport.az xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

O, Braziliyanın “Fiqeyrense” klubu ilə müqavilə bağlayıb. İctimiayyətə təqdim edilən Pato ilə anlaşma 2024-cü ilin sonunadək bağlanıb.

Cənubi amerikalı futbolçu "Neftçi"yə ötən ilin yayında icarədə olduğu "Kuyaba"dan gəlmişdi. Pato Braziliya nəhəngi "İnternasyonal"ın yetirməsidir.

Bakı klubunda 32 rəsmi oyun keçirib, 2 qol vurub.