"Sabah"dan darmadağın, "Zirə" "Kəpəz"lə bacarmadı - Premyer Liqa

"Sabah"dan darmadağın, "Zirə" "Kəpəz"lə bacarmadı - Premyer Liqa

Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

mediasport.az xəbər verir ki, günün ilk oyunu çərçivəsində uğursuzluq zolağından çıxmağa çalışan "Kəpəz" doğma meydanda mövsümün ən qeyri-sabit komandalarından "Zirə"ni qəbul edib.

Tərlan Əhmədovun komandası hesabda ilk hissədə üstünlük qazansa da, oyunun sonlarına yaxın penaltini dəqiq yerinə yetirən qonaqlar Gəncədən 1 xalla dönməyə müyəssər olublar.

Paytaxtda baş tutan qarşılaşmada isə mövsümün sonuna 11 tur qalmış lider "Qarabağ"ın 9 xal gerisinə düşməklə çempionluq iddiasından əlini çəkmək üzrə olan "Sabah" autsayder "Sumqayıt"lı darmadağın edib.


Premyer Liqa. 26-cı tur


10 mart

“Sabah” – “Sumqayıt” 4:0

Qollar: Coy Lens Mikels, 45, Aleksey Kaşuk, 75, Ceyhun Nuriyev, 85, Seymur Məmmədov, 90+2.

Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bank Respublika Arena”, 19:00

Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.

Baş məşqçi: Murad Musayev.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata.

Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 21. Nihad Əhmədzadə, 9. Kərim Abubakar, 23. Kamran Əliyev.

Baş məşqçi: Samir Abasov.


“Kəpəz” – “Zirə” 1:1

Qol: Fərid Nəbiyev, 38 - Hamidu Keyta, 83-pen.

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: İlham Əliyev

Gəncə şəhər stadionu, 15:00

Kəpəz: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantaria, 21. Martins Junior

Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse

Baş məşqçi: Tərlan Əhmədov.

Zirə: 41. Anar Nəzirov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 96. Donald Gerye, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes, 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 5. Moiz Adileu, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 7. Filipe Paxtman

Baş məşqçi: Rəşad Sadıqov.