Azərbaycan millisi Bakıda İngiltərə yığmasına məğlub olub - AÇ-2025
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün AVRO-2025-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, F qrupunda mübarizə aparan Samir Əliyevin komandası Bakıda son Avropa çempionu İngiltərə yığmasını qəbul edib.
U-21 AVRO-2025. Seçmə mərhələ. F qrupu
Azərbaycan - İngiltərə 1:5
Qollar: Ramin Nəsirli, 86 - Harvi Eliott, 25, 67, Noni Madueke, 29, Teylor Bellis, 53, Arçi Qrey, 88.
Baş hakim: Antoni Bandiç
Yan xətt hakimləri: Amer Maciç, Boris Duymoviç
Dördüncü hakim: Mateo Musa (hamısı Bosniya və Herseqovina)
Bakı, "Azərsun Arena" stadionu. 16:00.
Azərbaycan: 1. Rüstəm Samiqullin, 19. Qurban Səfərov, 13. Seymur Məmmədov, 4. Cəlal Hüseynov, 15. Süleyman Damadayev, 20. Rüfət Əhmədov, 9. Nəriman Axundzadə, 11. Emil Səfərov, 8. Fərid Yusifli (k), 7. Camal Cəfərov, 18. Ağadadaş Salyanski.
Baş məşqçi: Samir Əliyev.
İngiltərə: 1. Ceyms Trafford, 3. Kallum Doyle, 23. Natan Vud, 5. Teylor Harvud-Bellis (k), 2. Riko Lyuis, 10. Ceyms MakAti, 6. Tayler Morton, 19. Harvi Elliot, 20. Morqan Rocers, 11. Noni Madueke, 7. Cayden Filoqene.
Baş məşqçi: Li Karsli.