"Qarabağ" Premyer Liqada son 27 ilin ən yaxşı göstəricisinə imza atıb
"Qarabağ" Azərbaycan çempionatında son 27 ilin ən yaxşı göstəricisinə imza atıb.
Mediasport.az xəbər verir ki, "köhlən atlar" buna Premyer Liqanın XXXV turunda "Turan Tovuz"u (4:3) məğlub etməklə nail olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu mövsüm vurduğu qolların sayını 95-ə çatdırıb.
Klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə nail olub.
1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qola sevinməyib. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996/1997 mövsümündə 98 qol vuran “Neftçi” imza atıb.
Ümumilikdə isə “Qarabağ” yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, “Neftçi” (104) və Sumqayıt “Xəzər”i (100) 1992-ci ildə daha çox qol vurub.