"Qarabağ" "Legiya" ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasının son qalibi "Qarabağ"ın Avstriya toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblərindən biri müəyyənləşib.
mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası "Legiya" ilə qarşılaşacaq.
Məlumatı Polşa klubunun rəsmi saytı paylaşıb. Varşava təmsilçisi ilə matç iyulun 1-nə planlaşdırılıb.