“Sumqayıt” 2300, “Sabah” 1500 manat cərimə ödəyəcək - QƏRAR
AFFA İntizam Komitəsi “Sumqayıt”ı 2300, “Sabah”ı 1500 manat cərimələyib.
Mediasport.az xəbər verir ki, buna səbəb adıçəkilən komandaların Premyer Liqanın XXX turunda keçirdikləri görüşdə qeydə alınan neqativ hallar olub.
“Gənclik şəhəri” təmsilçisini “Zirə” ilə ev matçının 52-ci dəqiqəsində azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edilməsi 1500, qarşılaşmanın ardından meydana kənar şəxsin daxil olması isə 800 manat ziyana salıb.
“Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Sabah” buna görə 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydana kənar şəxslərin daxil olması isə bakılıları daha 800 manat xərcə salıb.