Slovakiya klubunun hücumçusu: "Zirə"yə biz də 4 qol vura bilərik"
Slovakiyanın “DAK 1904” klubunun hücumçusu Ladislav Almasi Avropa Konfrans Liqasının 2-ci turunun “Zirə”yə qarşı Dunayska Stredada keçirəcəkləri cavab oyunundan gözləntilərini bölüşüb.
Mediasport.az xəbər verir ki, 25 yaşlı forvard Azərbaycan təmsilçisi ilə ikinci dueldə ilk matçdakı böyükhesablı məğlubiyyətin əvəzini çıxmaq gücündə olduqlarını deyib:
"Cavab oyununda biz də “Zirə”yə dörd top fərqi ilə qalib gələ bilərik. Biz təslim olmuruq. Əgər “Zirə” dörd qol vurmağı bacarıbsa, niyə biz də bunu etməyək? Biz buna inanmalıyıq".
Xatırladaq ki, “DAK 1904 - "Zirə" görüşü sabah "MOL Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.