"Neftçi"nin şikayəti rədd edildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.
mediasport.az xəbər verir ki, ki, İntizam Komitəsinin mayın 3-də verdiyi qərar qüvvədə saxlanılıb.
Vüqar Əliyev "Turan Tovuz"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında rəqibin rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün beş oyunluq cəzalanıb, paytaxt təmsilçisi isə 4000 manat məbləğində cərimələnib.