Özili Azərbaycanın bu rayonunda baxın, necə qarşıladılar - VİDEO

Özili Azərbaycanın bu rayonunda baxın, necə qarşıladılar - VİDEO

Azərbaycana bir neçə günlük səfərə gələn Məsut Özil Bakıdan sonra Şəkiyə gedib.

Mediasport.az xəbər verir ki, 2014-cü ilin dünya çempionu "Qarabağ", "Zirə" və "Ulduz" Futbol Akademiyasından sonra 2-ci Liqada yarışan "Şəki Siti"nin qonağı olub.

Almaniya millisinin sabiq ulduzu "Şəmkir"lə kubok qarşılaşmasından öncə stadiona təşrif buyurub.

Madrid "Real"ının keçmiş üzvü 1500-ə qədər azarkeşin toplaşdığı stadionda alqışlarla qarşılanıb.

Özil çıxış edərək xoş qarşılanmaya görə təşəkkürünü ifadə edib, Şəkiyə gəlişindən məmnun olduğunu bildirib və hər iki komandaya uğurlar arzulayıb.

Xatırladaq ki, türkiyəli veteran İstanbulda idman akademiyası açacaq. Azərbaycana səfər də bununla əlaqəlidir.