"Neftçi"yə 3 qol vuran "Zenit" Serbiya klubuna məğlub oldu - VİDEO

"Neftçi"yə 3 qol vuran "Zenit" Serbiya klubuna məğlub oldu - VİDEO

Sankt-Peteburqda "Neftçi"nin də iştirak etdiyi "Matç TV" Kubokunun rəsmi açılış mərasimi keçirilib.

MediaSport.az xəbər verir ki, təntənəli hissədən sonra turnir çərçivəsində ikinci görüş baş tutub.

3 gün əvvəl "Neftçi"yə 3:1 hesabı ilə qalib gələn meydan sahibi "Zenit" "Srvena Zvezda" ilə qarşılaşıb. Matç Serbiya klubunun qələbəsilə yekunlaşıb - 2:1.

"Neftçi"nin yarışda ikinci dueli iyulun 8-də məhz Serbiya çempionuna qarşı olacaq.