Azərbaycan yığma komandası FİFA-nın yeni reytinqində irəlilədi

 Azərbaycan yığma komandası FİFA-nın yeni reytinqində irəlilədi

FİFA milli komandaların yeni dünya reytinqini açıqlayıb.

Mediasport.az xəbər verir ki, aktivində 1179.88 xalı olan Azərbaycan yığması ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib.

Millimizin ayın əvvəlində Albaniya və Qazaxıstanla keçirdiyi yoxlama matçlarının nəticələri reytinqə təsir edib.

Xatırladaq ki, yığmamız albanlara 1:3 hesabı ilə uduzub, qazaxlardan üstün olub - 3:2.

Fernandu Santuşun çalışdıracağı seçməmiz 111-ci sırada qərarlaşıb.

Reytinqə 1860.14 xalla son dünya çempionu Argentina millisi başçılıq edir.

Fransa 1837.47 xalla 2-ci, Belçika 1797.98 xalla 3-cüdür.