"Qarabağ"ın futbolçusu millinin düşərgəsində zədə alıb
Qış hazırlığını Bakıda keçirən "Qarabağ" məyusedici xəbər alıb.
Mediasport.az xəbər verir ki, Afrika Millətlər Kubokunda iştirak üçün Kabo Verde millisinin düşərgəsində olan Patrik Andrade zədələnib.
31 yaşlı yarımmüdafiəçi yığmanın məşqində belində ağrılar hiss edib. Patrik bu səbəbdən hazırlıqda iştirak etməyib.
Qeyd edək ki, Kabo Verde millisi yanvarın 15-də turnirin ilk matçı çərçivəsində Qana seçməsilə qarşılaşacaq.
Qrupda digər rəqiblər Misir və Mozambik futbolçuları olacaqlar.