Emrelinin oynamadığı derbidə komandası darmadağın edilib

Emrelinin oynamadığı derbidə komandası darmadağın edilib

"Dinamo" (Zaqreb) futbol üzrə Xorvatiya çempionatının 4-cü turunun təxirə salının oyununda "Lokomotiv"lə (Zaqreb) üz-üzə gəlib (0:3).

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emreli zədəli olduğu üçün adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Paytaxt derbisində uduzan "Dinamo" hazırda çempionatın turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.