Azərbaycan Kubokunda FİNAL: "Neftçi" "Xəzri" ilə qarşılaşır

 Azərbaycan Kubokunda FİNAL: "Neftçi" "Xəzri" ilə qarşılaşır

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi məlum olacaq.

Mediasport.az xəbər verir ki, finalda "Xəzri" və "Neftçi" klubları qarşılaşacaqlar.

“Sərhədçi” İdman Mərkəzində rbaş tutacaq görüş 15:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsüm "Gəncə" komandası bu titula sahib çıxıb.