Meydan sahibləri mövsümə qələbə ilə başlayıblar - Basketbol Liqası

Meydan sahibləri mövsümə qələbə ilə başlayıblar - Basketbol Liqası

Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) ilk turu çərçivəsində növbəti oyunlar keçirilib.

Mediasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş "Xırdalan" - "Şəki" oyunu meydan sahiblərinin 24 xallıq fərqlə qələbəsilə yekunlaşıb - 102:78.

Ən məhsuldar basketbolçular "Xırdalan"dan Cakori Arçi (29 xal, 7 ribaund), "Şəki"dən Pol Dibal (33 xal, 20 ribaund) seçiliblər.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilmiş "NTD-İndiqo" - "Sumqayıt" oyununda da qələbəni ev sahibləri bayram ediblər - 97:79.

Matçın ən məhsuldar oyunçuları "NTD-İndiqo"dan Qriffin Remmi (22 xal, 7 asist), "Sumqayıt"dan isə Tayrey Rendall (23 xal, 3 asist) olub.

Turun son dueli sabah Gəncədə yerli komanda ilə "Sabah" arasında oynanılacaq.