"Sabah" mübarizəyə başlayır

"Sabah" mübarizəyə başlayır

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə bu gün ilk oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu Monteneqro təmsilçisi “Mornar”ın qonağı olacaq.

Bar şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

FİBA Avropa Kuboku. D qrupu, I tur


21:00. “Mornar” (Monteneqro) – “Sabah” (Azərbaycan)

Bar. Topolika İdman Zalı