VİDEO: Okan Buruk "Qalatasaray"ın oyununa azərbaycanlı hakim istədi
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində İsveçrədə "Yanq Boys"un qonağı olan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk görüşün hakimliyindən narazı qalıb.
Mediasport.az xəbər verir ki, türkiyəli mütəxəssis 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmada alman hakimlərin ədalətsiz qərarlar verdiklərini bildirib.
O, cavab matçına azərbaycanlı hakim təyin edilməsini istəyib:
"İsveçrə komandasının oyununa Almaniyadan olan hakim təyin edirlər. Bura maşınla gəlib. Bizə də Azərbaycandan hakim təyin etsinlər ki, vəziyyəti bərabərləşdirək".
Xatırladaq ki, oyunu idarə edən Daniel Sibert 86-cı dəqiqədə "cim-bom"un qapısına penalti təyin etməklə bərabər, müdafiəçi Abdulkerim Bardakçını ikinci xəbərdarlıqla meydan kənarlaşdırıb.