"Arsenal" və "Real"ın əfsanəsi şəhid ailəsini ziyarət etdi - FOTO+VİDEO

"Arsenal" və "Real"ın əfsanəsi şəhid ailəsini ziyarət etdi - FOTO+VİDEO

Bugünlərdə Azərbaycanda səfərdə olmuş dünya çempionu, Almaniya milli komandası, London "Arsenal"ı və Madrid "Real"ının sabiq ulduzu Mesut Özil professor İrfan Gündüz və Türkiyənin Erkam Radiosunun baş redaktoru Murat Karaman 44 günlük Vətən mübaribəsində qəhrəmancasına döyüşərək şəhid olan Elgün Quliyevin ailəsini ziyarət edib.

Mediasport.az xəbər verir ki, şəhidin atası Vasif Quliyev və anası Qənirə Quliyeva ilə tanış olan türk əsilli veteran futbolçuya Elgün haqqında geniş məlumat verilib.

Ona şəhidin döyüş yolundan bəhs edilib.

Özil Elgünün II Qarabağ müharibəsi ərzində yazdığı xatirə dəftərinin də yer aldığı guşəni gəzib.

Xatırladaq ki, E.Quliyev 2020-ci ilin sentyabrın 29-da könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Noyabrın 9-da-müharibənin sonuncu günündə Şuşada şəhid olub.

O, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.