Nazirlər "Qəbələ"nin oyununda

Nazirlər "Qəbələ"nin oyununda

Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin bu dəqiqələrdə Qəbələ şəhər stadionunda keçirilən "Qəbələ" - "Omoniya" oyununda fəxri qonaqlar da yer alıblar.

MediaSport.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Qəbələ şəhər İcra Hakimiyyətinin başçısı Səbuhi Abdulayev və digər rəsmilər görüşü tribunadan canlı izləyirlər.