Olimpiadaya lisenziya xalı verən ölkə çempionatı keçiriləcək

Olimpiadaya lisenziya xalı verən ölkə çempionatı keçiriləcək

Atletika üzrə Qış Azərbaycan çempionatında 140 idmançı mübarizə aparacaq.

Mediasport.az xəbər verir ki, Azərbaycan Atletika Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq yarış yanvarın 26-27-da keçiriləcək.

Respublika Olimpiya Mərkəzində təşkil olunacaq turnirdə Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən atletlər çıxış edəcəklər.

40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.