Nazim Babayev Çexiyada 2-ci olub

  Nazim Babayev Çexiyada 2-ci olub

Azərbaycanlı atlet Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medala yiyələnib.

Mediasport.az xəbər verir ki, o, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uzunluğa tullanma növündə 7.51 metr nəticə göstərib.

Babayev yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.