Azərbaycan Atletika Federasiyası "İlin Yekunları" üzrə hesabatı açıqladı

Azərbaycan Atletika Federasiyası "İlin Yekunları" üzrə hesabatı açıqladı

Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının 2022-ci il üçün nəzərdə tutulan "İlin Yekunları" tədbiri keçirilib.

mediasport.az xəbər verir ki, tədbirin açılışında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov və baş katibi Məhərrəm Sultanzadə çıxış ediblər.

Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirildi. Bu nominasiyalar və qalibləri aşağıdakı kimidir:


1.İlin qadın İdmançısı - Anna Skidan

2.İlin kişi idmançısı - Aleksis Kopello

3.İlin gənc idmançısı - İlahə Quliyeva

4.İlin gənc məşqçisi - Valentin Bulıçev

5.İlin hakimi - Sevda Əlizadə

6.İlin ən fəal regionu - Bərdə


Avropa Atletika Assosiasiyası tərəfindən mükafatlandırılıb - Şirin Vəliyev və Aleksandr Onoprienko.

Atletika üzrə yarışlarda və tədbirlərdə fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub - Mirzəyeva Sevda, Əsədov Namiq, Ceyhun Xalıqov, Qılınc Əhmədov.

Əlavə olaraq yeniyetmələr arasında nüvə atma üzrə yeni Azərbaycan rekordçusu Səkinə Hacızadə və məşqçisi Ruslan Məlikov da mükafatlandırılıb.