Ölkə çempionatı keçiriləcək

Ölkə çempionatı keçiriləcək

Aprelin 24-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, aprel 27-dək davam edəcək birinclik Bakı Su İdman sarayında təşkil olunacaq.

Yarışda 3-cü idman dərəcəsi olan üzgüçülər iştirak edəcəklər.

Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterflyay üsullarda üzəcəklər.

Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Bakı və Sumqayıtdan 20-a yaxın klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar.

Bundan başqa, ölkəmizin digər şəhər və rayonlarından da üzgüçülərin turnirə qatılacaqları nəzərdə tutulur. Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib.

Yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyi. Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.