Azərbaycan üzgüçüsü dünya çempionatında 3-cü medalını qazandı

Azərbaycan üzgüçüsü dünya çempionatında 3-cü medalını qazandı

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 3-cü medalını qazanıb.

mediasport.az xəbər verir ki, üçqat paralimpiya çempionu 50 metr məsafəyə sərbəst üzməkdə 24.40 saniyə nəticə göstərərək üçüncü yeri tutub.

Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş, eyni məsafəyə butterflyay üsulunda üzməkdə isə bürünc medala sahib çıxıb.