Bakıda yeni üzgüçülük hovuzunun açılış mərasimi keçirilib - FOTOLAR

Bakıda yeni üzgüçülük hovuzunun açılış mərasimi keçirilib - FOTOLAR

Bakıda yeni üzgüçülük hovuzu istifadəyə verilib.

Mediasport.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun xatirəsinə ithaf olunan idman obyektinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev iştirak ediblər.

Onlara burada yaradılmış şəraitlə bağlı məlumat verilib.

Ardınca Azərbaycan millisinin üzvləri və ASAPES tələbələri hovuzdan istifadə ediblər.

Qeyd edək ki, üzgüçülük hovuzu ADBTİA-nın arxasında, "ABU Arena"nın yanında yerləşir.