Azərbaycan Kubokunun 1-ci raund iştirakçıları cərimə ödəyəcəklər
AFFA İntizam Komitəsi Azərbaycan 2-ci Liqasında çıxış edən bir neçə klubu cərimələyib.
Mediasport.az xəbər verir ki, buna səbəb Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsində keçirilmiş matçlardakı hadisələr olub.
"Göygöl" "Hypers Guba" ilə oyunda altı futbolçusunun sarı vərəqə almasına görə 70 manat, meydana kənar şəxslərin daxil olması ucbatından 80 manat, matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
"Hypers Guba" beş oyunçusu sarı vərəqə aldığı üçün 70 manat ödəməli olacaq.
"Lerik" "Ağdaş"la matçda oyun günü planı pozulduğu üçün 100 manat ziyana düşüb. Digər komanda da eyni səbəbdən cərimə ödəyəcək.
"Şəmkir" 80 manat cərimə edilib "Şəki Siti" qarşılaşmada komandanın qapıçısının formasında qüsur olub və görüş buna görə gec başlayıb.
"Füzuli" 100 manat ziyana düşüb. Buna "Dinamo" ilə oyunda matçın ilkin protokolunu elektron bazada gec təsdiqi səbəb olub.