"Zirə"nin rəqibi Bakıya çatıb

"Zirə"nin rəqibi Bakıya çatıb

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi "Şerif" Bakıya çatıb.

Mediasport.az xəbər verir ki, Moldova klubunun sosial şəbəkə hesablarında Heydər Əliyev Hava Limanından paylaşım edilib.

Komandalar arasında cavab qarşılaşması sabah "Dalğa Arena"da baş tutacaq.

Görüş 20:00-da başlanacaq.

Rəşad Sadıqovun komandası ötən həftə Kişinyovda keçirilmiş görüşdə qələbə qazanıb - 1:0.