Avropa Liqası: "Zirə"nin cavab oyununun hakimləri açıqlanıb
UEFA Avropa Liqasında iştirak edən "Zirə"nin 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “Şerif”ə qarşı keçirəcəyi cavab oyununun hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq görüşü Qazaxıstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk kömək edəcək.
Dördüncü hakim isə Aydın Tasıbayev olacaq.
Xatırladaq ki, Rəşad Sadıqovun komandası iyulun 11-də Moldovada keçirilmiş ilk matçda qələbə qazanıb - 1:0.