"Çoxlu qol epizodlarından yararlana bilmədik" - Ayxan Abbasov

"Çoxlu qol epizodlarından yararlana bilmədik" - Ayxan Abbasov

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turunun "Kəpəz"lə matçından sonra (2:0) mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, çalışdırıcı olduqca mühüm qələbə qazandıqlarını söyləyib:

"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Kəpəz" üçün hər matç geridönüş etmək üçün fürsətdir. Futbolçularıma təşəkkür edirəm. İlk 15 dəqiqədə möhtəşəm mübarizə apardılar. Düzdür, çoxlu qol epizodlarından yararlana bilmədik, amma bu, normaldır. Çox mühüm 3 xal qazandıq. Bundan sonra işimiz daha da çətin olacaq. Yolumuza davam edəcəyik".