Ölkəmiz Avropa çempionatında 3 komanda ilə təmsil olunacaq
3-5 fevral tarixlərində Kiprin Larnaka şəhərində yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatı keçiriləcək.
mediasport.az xəbər verir ki, yeniyetmə və gənclərdən ibarət millinin kumite üzrə baş məşqçisi Anar Allahverdiyev və böyük məşqçilər Seymur Xudaverdiyevlə Şahin Atamovun rəhbərliyi altında ölkəmizi 14-15 yaşlılarda 8 karateçi, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək idmançılarda isə 8 kimono ustası təmsil edəcək.
Kata üzrə milli komandanın böyük məşqçisi İsmayıl Quliyev 4 idmançını müşayiət edəcək. Beynəlxalq dərəcəli hakimlərdən Cahangir Babayev, Şahin Xudaverdiyev və Seymur Məmmədov yarışın referiləri arasında olacaq.
Avropa çempionatında 48 ölkədən 1114 karateçi iştirak edəcək.