Karateçilərimizdən Fransada 2 qızıl, 1 gümüş və 2 bürünc medal
Azərbaycan karateçiləri Fransada keçirilən “Marsel Open” turnirində 5 medal qazanıblar.
Mediasport.az xəbər verir ki, yığma üzvləri 2 qızıl, 1 gümüş, 2 bürünc mükafat əldə ediblər.
Asiman Qurbanlı (+84 kq) boyüklər, Əzim Rahib (+76 kq) gənclər arasında turnirin qalibi olub.
Turqut Həsənov (84 kq) və Mədinə Sadiqova (55 kq) böyüklərdə bürünc, Rəşid Süleymanov (76 kq) isə gənclərin yarışında gümüş medalla kifayətlənib.