"Ölkəmizdə belə turnirlərin daimi keçirilməsi üçün çalışacağıq"
"Azərbaycanda ilk dəfədir ki, qış idman növləri üzrə beynəlxalq yarış keçirilir. Ölkəmizdə belə turnirlərin daimi keçirilməsi üçün çalışacağıq. Məqsədimiz budur".
Mediasport.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
MOK rəsmisi bugünkü yarışda Azərbaycan təmsilçilərinin uğurlu nəticə əldə etdiyini də xatırladıb:
"Ümid edirik ki, bu, ölkəmizdə keçirilən sonuncu beynəlxalq turnir deyil. Çalışacağıq ki, gələcəkdə yenə müxtəlif növlərdə qış olimpiadasında təmsil olunaq".
Qeyd edək ki, “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışında 11 ölkənin 60-dək idmançısı mübarizə aparır.