Milli komandamız 5-ci oyununda da "quru seriya" ilə məğlub olub
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu matçını keçirib.
Mediasport.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Polşa ilə qarşılaşıb.
Millimiz növbəti dəfə "quru seriya" ilə məğlub olub - 0:3 (9:25, 11:25, 9:25).
Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya da eyni hesablarla uduzub.
Qeyd edək ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanır.