Həndbolçularımız sevindirdilər

Həndbolçularımız sevindirdilər

Həndbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir.

mediasport.az xəbər verir ki, hazırda Tbilisidə təlim-məşq toplanışında olan komandamız gürcüstanlı həmyaşıdları ilə yoxlama matçında qüvvəsini sınayıb.

Qarşılaşma həndbolçularımızın 31:15 hesablı qələbəsi ilə yekunlaşıb.

17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.