Startda uduzdular - AÇ-2023
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-17 Avropa çempionatı davam edir.
mediasport.az xəbər verir ki, dördüncü yarış günündə qızların mübarizəsində 3 idmançımız tatamiyə çıxıb.
Lakin Esra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq) və Günay Qurbanova (61 kq) ilk görüşlərində məğlub olmaqla AÇ ilə vidalaşıblar.
Axşam saatlarında Ruzanna Məmmədova (57 kq) final görüşünə çıxacaq.
Qeyd edək ki, geridə qalan 3 gündə yunan-Roma güləşi üzrə yığmamız bir qızıl və beş bürünc medal qazanıb.