Oyunun fasiləsində istefa verdi, komandanı meydana həkim çıxardı
Braziliya futbol çempionatında qeyri-adi hadisə baş verib.
Mediasport.az xəbər verir ki, “Braziliense” klubunun baş məşqçisi Paulo Roberto Santos oyunun fasiləsində istefa verib.
65 yaşlı mütəxəssis “Real”la matçın ilk 45 dəqiqəsindən sonra komandadan ayrılıb.
Buna klub prezidentinin komandanın oyununu tənqid etməsi səbəb olub. Paytaxt təmsilçisini ikinci hissəyə komandanın həkimi Jorje Oliva çıxarıb.
Qeyd edək ki, D seriyasının matçının taleyi ikinci hissədə həll olunub.
İlk 45 dəqiqəsi qolsuz bitən matçda “Braziliense” 2:1 hesablı qələbə qazanıb.