TFF-dən "Göztəpə" - "Fənərbağça" matçında baş verənlərə REAKSİYA

  TFF-dən "Göztəpə" - "Fənərbağça" matçında baş verənlərə REAKSİYA

Türkiyə Super Liqasının 2-ci turunun "Göztəpə" - "Fənərbağça" (2:2) matçında baş verən xoşagəlməz olay ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) açıqlama yayıb.

Mediasport.az xəbər verir ki, qonaq komandanın rəhbəri Ali Koçu meydanın kənarında itələyərək yıxılmasına səbəb olan şəxsi ev həbsi ilə cəzalandırıb. Açıqlamada bu sözlər yer alıb:

"Fənərbağça"nın prezidentinə qarşı edilən bu çirkin hərəkəti və eyni zamanda, onun qaydaları gözardı edərək, meydana daxil olmasını qəbul etmirik".