Avropa çempionatının bütün iştirakçı milliləri müəyyənləşib

Avropa çempionatının bütün iştirakçı milliləri müəyyənləşib

Yayda Almaniyada təşkil olunacaq futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək bütün milli komandaların adlarına aydınlıq gətirilib.

Mediasport.az xəbər verir ki, son 3 vəsiqəni UEFA Millətlər Liqasından gələn yığmalar müəyyənləşdiriblər.

Final oyunlarında Gürcüstan yığması Yunanıstanı penaltilərlə məğlub edəərk tarixində ilk dəfə qitə birinciliyində iştirak hüquq qazanıb.

Polşa futbolçuları da AÇ-2024-ə "lotereya"larla yollanıblar. Robert Levandovskili kollektiv Uelsdən üstün olub.

Ukrayna - İslandiya komandalarının taleyini isə 90 dəqiqə həll edib. Ada təmsilçisinə 2:1 hesabı ilə qalib gələn Sergey Rebrovun komandası adını Avropa çempionatının final mərhələsinə yazdırıb.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.


AVRO-2024. Final mərhələsi


A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya