Özbəkistan futbolçuları yığma komandamızı darmadağın etdilər

Özbəkistan futbolçuları yığma komandamızı darmadağın etdilər

Bakıda təlim-məşq toplanışını yekunlaşdıran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

mediasport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Özbəkistan yığmasına qarşı budəfəki görüşdə nəticə yığmamız üçün daha biabırçı olub - 0:5.

Bu komandalar arasında mayın 27-də keçirililmiş ilk qarşlaşmada özbəklər 3:0 hesabı ilə qələbə qazanmışdılar.