Rahil oynadı, komandası 195 gündən sonra qalib gəldi - VİDEO

Rahil oynadı, komandası 195 gündən sonra qalib gəldi - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, müdafiəçinin formasını geyindiyi LKS 23-cü tur çərçivəsində "Puşça"nı qəbul edib.

Rahilin 90 dəqiqə meydanda olduğu görüş Lodz təmsilçisinin qələbəsilə yekunlaşıb - 3:2.

Yığmamızın üzvünün transferindən sonra ilk qələbəsini qazanan LKS sonuncu dəfə 2023-cü il avqustun 20-də 5-ci tur çərçivəsində "Poqon"u məğlub etmişdi.

Komanda hazırda 13 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.