Vüsalın və Ramilin komandaları üçün ev sınağı - Türkiyə 1-ci Liqası

Vüsalın və Ramilin komandaları üçün ev sınağı - Türkiyə 1-ci Liqası

Türkiyə 1-ci Liqasında 19-cu turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə Vüsal İsgəndərlinin və Ramil Şeydayevin komandaları (müvafiq olaraq, "Boluspor" və "Kocaelispor") növbəti oyunlarına çıxacaqlar.

Xatırladaq ki, Bolu təmsilçisi yarışın turnir cədvəlində 23 xalla onuncu, İzmit klubu isə 33 xalla dördüncüdür.

Türkiyə 1-ci Liqası. 19-cu tur

14:30 "BB Ərzurumspor" - "Bodrumspor"

17:00 "Boluspor" - "Bandırmaspor"

20:00 "Kocaelispor" - "Eyüpspor"