Ozobiç "Neftçi"də - RƏSMİ

Ozobiç "Neftçi"də - RƏSMİ

“Neftçi” Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü transfer edib.

MediaSport.az xəbər verir ki, xorvatiya əsilli Filip Ozobiçlə 2 illik müqavilə bağlanıb. 32 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. O, son mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.