Elmir Tağıyev məşqlərə başladı
"Kəpəz"in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev kollektiv məşqlərə qoşulub.
Mediasport.az xəbər verir ki, gənc yarımmüdafiəçi müalicə prosesi başa çatdıqdan sonra 10 gün fərdi halda çalışırdı.
Tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamağa icazə verilib.