"Qəbələ" avrokuboklara heç-heçə ilə başlayıb - Çempionlar Liqası

"Qəbələ" avrokuboklara heç-heçə ilə başlayıb - Çempionlar Liqası

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, çempionlar yolunda qüvvəsini sınayacaq Famil Xəlilovun komandası I mərhələnin ilk oyunu çərçivəsində Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə qarşılaşıb.

Tarixində 6-cı dəfə bu turnirə qatılan "qırmızı-qaralar" ilk dəqiqələrdə hesabı açsalar da, üstünlüyü qoruya bilməyiblər. Komandalar arasında cavab görüşü oktyabrın 25-də Macarıstanda keçiriləcək.

Cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan kollektivlə üz-üzə gələcək.


UEFA Gənclər Liqası. Çempionlar yolu. 1-ci mərhələ. İlk oyun


16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan) 1:1

Qollar: Şahin Şahniyarov, 8 - Adam Umatum, 36 (pen.)

Baş hakim: Sayat Karabayev

Baş hakimin köməkçiləri: Timur Tursumbayev, Yevgeniy Karlov (hamısı Qazaxıstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)

Qəbələ şəhər stadionu