"Keşlə" Ümnisənin badına getdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, federasiyanın bayrağı altında təşkil olunan yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-12 Qızlar Liqasında keçirilməsi nəzərdə tutulan “Kür” (Samux) – “Gəncə İdman liseyi” (Gəncə) oyununda “Gəncə İdman liseyi” komandasının heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə “Gəncə İdman liseyi”nə 0:3 hesabı ilə məğlubiyyət verilib.
U-12 Qızlar Liqasında keçirilməsi nəzərdə tutulan UGİM (Naftalan) – “Kəpəz” PFK (Gəncə) oyununda UGİM komandasının heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə UGİM komandasına 0:3 hesabı ilə məğlubiyyət verilib.
U-17 Qızlar Liqasının “Gömrükçü” FK – “Fidan” oyununda “Fidan” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Fidan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 Qızlar Liqasının 8 №-li iOEUGiM – “Baku Sporting” oyununda 8 №-li iOEUGiM komandasının heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə 8 №-li iOEUGiM komandasına 0:3 hesabı ilə məğlubiyyət verilib.
Yüksək Qızlar Liqasının “Balxurma” – 8 №-li iOEUGiM oyununda “Balxurma” komandası əsasnaməyə uyğun təvəllüd limitini pozduğu üçün “Balxurma”ya 0:3 hesabı ilə məğlubiyyət verilib.
Region Liqasında keçirilməli olan “Kəngərli” – “Sədərək” oyununda “Sədərək” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Sədərək” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasında keçirilən “Babək” – “Culfa” oyununda oyunun 1-ci hissəsi 5:0 bitdikdən sonra “Culfa” komandası 2-ci hissədə meydana çıxmadığına görə “Culfa”ya 0:5 hesablı texniki məğlubiyyət verilib.
U-16 Liqasında keçirilən EFA – “Kəpəz” oyununda EFA-nın futbolçusu Nihad Rəhimov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı, meydanı tərk edərkən hakimə kəskin etiraz etdiyi və hədə-qorxu gəldiyi üçün 5 oyun cəzalandırılıb. EFA-nın digər futbolçusu Kazım Zülfüqarlı da hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı və meydanı tərk edərkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalandırılıb.
U-12 Liqasında keçirilən “Ərgünəş” – İOEUGİM (Sumqayıt) oyununda İOEUGİM komandasının baş məşqçisi Teymur Abdullayev hakimin ünvanına təhqiredici ifadələr işlətdiyi üçün 3 oyun cəzalandırılıb.
U-11 Liqasında keçirilməli olan “Baku Sporting” – “Xudafərin” oyununda “Xudafərin”in heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə “Xudafərin”ə 0:3 hesabı ilə məğlubiyyət verilib.
U-11 Liqasında keçirilən “Araz Baku” – “Young Pro” oyununda “Young Pro”nun baş məşqçisi Emin Süleymanov oyununun 24-cü dəqiqəsində texniki zona qaydalarını pozaraq hakimin qərarına aqressiv etiraz etdiyinə görə və AFFA-nın ünvanına nalayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.
U-10 Liqasında keçirilməli olan “Lokomotiv” (Gəncə) – “Gəncəvi” (Gəncə) oyununda “Gəncəvi”nin heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə “Gəncəvi” komandasına 0:3 hesabı ilə məğlubiyyət verilib.
U-10 Liqasında keçirilməli olan İOEUGİM – ROFM (Buzovna) oyununda İOEUGİM komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən İOEUGİM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qadınlardan ibarət “Keşlə” futbol komandasının futbolçusu Ümnisə Əliyeva AFFA Yüksək Liqası çərçivəsində keçirilən 4 oyunda cəzalı olduğu halda iştirak etdiyinə görə cari mövsümdə komandanın heyətində iştirak etdiyi hər bir oyuna görə komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib. Futbolçu cəzasını əvvəlki mövsümdə tam icra etmədiyi üçün 4 oyunluq cəzası qüvvədə qalmış hesab olunur.